Hakan Fidan: “Qarabağ Azərbaycandır — Zəfər Günü mübarək!”

Siyasət

08.11.2025 15:46

“Qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ən səmimi duyğularla təbrik edirəm”.

TodayPress TV xəbər verir ki, bu sözlər Türkiyənin xarici işlər naziri Hakan Fidanın paylaşımında yer alıb.

Nazir qeyd edib ki, Qarabağın öz torpaqlarına qovuşmasını təmin edən tarixi mübarizənin qəhrəmanları böyük ehtiramla anılır. O, Vətən uğrunda canından keçən şəhidlərin rəhmətlə, qazilərin isə dərin minnətdarlıqla yad edildiyini vurğulayıb:

“Qarabağ Azərbaycandır! Bu həqiqət həm xalqlarımızın yaddaşında, həm də bölgənin gələcəyində əbədi yaşayacaq”.

Hakan Fidan əlavə edib ki, bu gün Prezidentlə birlikdə Bakıda olmaq, qardaşlıq bağlarını daha da güclü hiss etmək və Azərbaycan xalqının sevincinə şərik olmaq onlar üçün böyük şərəfdir.

TodayPress TV

tag: 8 Noyabr – Zəfər Günü,Türkiyə,Hakan Fidan, Qarabağ,Todaypress.tv,