Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir

Siyasət

21.05.2026 20:54

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.

TodayPress TV xəbər verir ki, səfərin məqsədi Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etməkdir.

Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, eləcə də Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Məmmədqulu Astanaqulov qarşılayıblar.

TodayPress TV 

tag: Türkmənistan,Azərbaycan,Siyasət,Dünya,Todaypress.tv,