Danışıqlar masasına TƏZYİQ! Münasibətlərdə YENİ GƏRGİNLİK

Siyasət

17.02.2026 20:32

ABŞ Prezidenti Donald Tramp Cenevrə danışıqları ilə bağlı qeyd edib ki, Ukrayna tez bir zamanda danışıqlar masasına oturmalıdır.

Bəs ABŞ Ukraynaya təzyiqi artıra bilərmi?

Mövzu ilə bağlı politoloq Aydın Quliyev TodayPress TV-yə danışarkən bildirib ki, Trampın qısa zamanda Ukrayna məsələsini yekunlaşdırmaq cəhdi həm Avropa, həm də Ukraynanın özü ilə Amerikanın münasibətlərində yeni bir gərginlik yarada bilər.  


"Tramp Ukrayna məsələsini mümkün qədər qısa müddətdə yekunlaşdırmağa çalışır. Hazırda Ukrayna və Avropanı düşündürən əsas məsələ problemin tez bir zamanda bitməsi deyil, həllin onların milli təhlükəsizlik maraqlarına uyğun formatda olmasıdır. Bu isə Ukraynanın ərazi bütövlüyünün qorunması və təhlükəsizliyinə etibarlı təminatların verilməsini nəzərdə tutur", - deyə siyasi şərhçi izah edib. 


Analitik qeyd edib ki, Tramp iyun ayına qədər Ukrayna məsələsinin yekunlaşdırılmasına ciddi cəhd göstərir. Onun fikrincə, bunun səbəbi ABŞ-də başlayacaq aralıq seçkilərdir və Ukrayna ilə bağlı əldə olunacaq nəticə Trampın seçki uğurlarına təsir edə bilər.


E. Xalidbəyli vurğulayıb ki, Trampın mövqeyi Ukrayna məsələsinin uzunmüddətli və dayanıqlı həllinə deyil, daha çox prosesin dondurulmasına yönəlib: 

"Bu yanaşma nə Ukrayna, nə də Avropa Birliyi tərəfindən qəbul ediləcək və Avropada başlamış danışıqların nəticəsi ABŞ-Avropa və ABŞ-Ukrayna münasibətlərində yeni gərginliyə səbəb ola bilər".   


Siyasi analitik sonda bildirib ki, Tramp Ukraynanı danışıqlar masasında kompromisə deyil, Rusiyanın qarşısında güzəşt mövqeyinə yönəltməyə çalışır və bu da Kiyev tərəfindən qəbul olunmayacaq. 

Aysel Mətləb

tag: Aydın Quliyev,Ukrayna,Cenevrə,Danışıq,ABŞ,Rusiya,