Ceyhun Bayramov: “TRIPP region üçün təhlükə yaratmır”

Siyasət

26.12.2025 17:59

“TRIPP layihəsi müstəsna olaraq Ermənistan ərazisini əhatə edir və Ermənistan ilə ABŞ arasında əldə olunmuş razılaşma əsasında həyata keçiriləcək. Layihənin regionun təhlükəsizliyinə təhdid yaratması ilə bağlı səsləndirilən iddialara isə Ermənistan tərəfi cavab verməlidir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Ermənistan rəsmilərinin TRIPP layihəsi ilə bağlı İran və Rusiya tərəfinə verdikləri cavablarda müəyyən fərqliliklər müşahidə olunub.

Ceyhun Bayramov vurğulayıb ki, TRIPP mahiyyət etibarilə bağlantı layihəsidir və Azərbaycan bu təşəbbüsün region üçün hər hansı əlavə təhlükə yaratdığını hesab etmir.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,