Ceyhun Bayramov: “Mərkəzi Asiya ilə siyasi və strateji əməkdaşlıq yeni mərhələyə keçir”
Siyasət
26.12.2025 15:18
“Son 3 ildə Mərkəzi Asiya ölkələri tərəfindən Azərbaycana 14 səfər, Azərbaycan tərəfindən isə Mərkəzi Asiya ölkələrinə 23 səfər həyata keçirilib. Bu dinamika regionla əlaqələrin sistemli şəkildə genişləndiyini göstərir”.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bunu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, noyabr ayında Özbəkistanda keçirilmiş Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasına tamhüquqlu tərəfdaş kimi qəbul edilməsi mühüm siyasi hadisədir.
Ceyhun Bayramov qeyd edib ki, bu addım ölkələr arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın dərinləşməsinə, eləcə də regionda yeni strateji əməkdaşlıq formatlarının formalaşmasına imkan yaradır. Onun sözlərinə görə, Mərkəzi Asiya məkanında mövcud “C5” formatının “C6” formatına keçidi regional iqtisadi və geosiyasi imkanların genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qiymət Mahir
tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,
