Ceyhun Bayramov: “Bəzi güc mərkəzləri TDT ilə əməkdaşlığımızı qısqanclıqla qarşılayır”
Siyasət
26.12.2025 16:55
“Bəzi güc mərkəzləri Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığının inkişafına həssaslıq və qıcıqla yanaşırlar. Lakin buna heç bir əsas yoxdur. Bu əməkdaşlıq genişlənməli və daha geniş sahələri əhatə etməlidir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində bir sıra yeni istiqamətlər diqqət mərkəzində olacaq. Onun sözlərinə görə, üzv ölkələrin bir-birinə yaxın olmasının təbii tarixi və mədəni səbəbləri var və bu amillər əməkdaşlığın dərinləşməsini zəruri edir.
Ceyhun Bayramov qeyd edib ki, bu gün təşkilata üzv ölkələrin malik olduğu böyük potensial əməkdaşlığın daha da genişlənməsinə real imkanlar yaradır.
Nazir əlavə edib ki, mövcud hədəflərin dəyişməsi fonunda Türk Dövlətləri Təşkilatının Katibliyinin potensialının artırılması və institusional baxımdan gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, Katibliyin gücləndirilməsi təşkilatın qarşıya qoyduğu məqsədlərə çatması baxımından mühüm əhəmiyyət daşıyır.
Qiymət Mahir
tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,
