Azərbaycan–Sloveniya parlamentlərarası əlaqələri müzakirə olundu

Siyasət

12.02.2026 16:26

Sloveniyanın xarici işlər və Avropa işləri naziri Tanya Fayon Azərbaycan–Sloveniya parlamentlərarası dostluq qrupunun sədri, deputat Heydər Əsədovla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli "X" sosial şəbəkə hesabında yazıb.

Səfir qeyd edib ki, H.Əsədov, həmçinin Sloveniya parlamentin sədri Urşka Klakoçar-Zupançiç, Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebela ilə görüşüb.

İkitərəfli siyasi və iqtisadi əlaqələr, regional məsələlər, Azərbaycan və Sloveniyanın coğrafiyalarında və ondan kənarda oynadıqları rol, eləcə də iki ölkə arasında əməkdaşlığın parlament səviyyəsində inkişafı barədə danışıqlar aparılıb.

Qeyd olunub ki, İkinci Dünya Müharibəsi zamanı böyük qəhrəmanlıq göstərmiş Mehdi Hüseynzadənin (Mixaylo) xatirəsi iki dost xalqı birləşdirən mühüm bağdır.

TodayPress TV

tag: Milli Məclis,Sloveniya ,Azərbaycan,Müzakirə,Todaypress.tv,

photo
photo
photo