Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Siyasət

08.02.2026 14:02

Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov etimadnaməsini bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

TodayPress TV xəbər verir ki, səfir bu barədə "X"dəki hesabında yazıb.

"Bu gün etimadnaməmi İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşidə təqdim etməkdən şərəf duydum. Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olundu", - səfir yazıb.

TodayPress TV 

tag: Azərbaycan,İraq,Səfir,Etimadnamə,Todaypress.tv,

photo
photo