Azərbaycan “İbrahim sazişləri”nə qoşulacaq? — XİN rəhbəri AÇIQLADI
Siyasət
26.12.2025 17:25
“İbrahim sazişləri” ABŞ Prezidenti Donald Trampın birinci administrasiyası dövründə onun təşəbbüsü ilə bir sıra ərəb dövlətləri ilə İsrail arasında imzalanmış razılaşmalardır. Bu sazişlər nəticəsində daha əvvəl İsraillə diplomatik əlaqələri olmayan bəzi ölkələr münasibətlər qurmağa başlayıblar”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın İsraillə münasibətləri tamamilə fərqli xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan–İsrail əlaqələri çoxşaxəli və uzun tarixə malikdir və iki ölkə arasında əməkdaşlığın bütün əsas elementləri artıq mövcuddur.
Ceyhun Bayramov vurğulayıb ki, bu baxımdan Azərbaycan üçün “İbrahim sazişləri” çərçivəsində əlavə və ya yeni bir məna yaranmır. Nazir qeyd edib ki, mövcud münasibətlərin səviyyəsi belə bir mexanizmə ehtiyac olmadığını göstərir.
Qiymət Mahir
tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,
