ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət etdi
Siyasət
30.07.2025 17:56
ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında məlumat verilib.
“ABŞ-nin Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, - məlumatda qeyd olunub.
tag: ABŞ,Müvəqqəti işlər,Vəkil,Xiyaban,Ziyarət,Todaypress.tv,
