SOCAR və Qətərin "UCC" holdinqi Anlaşma Memorandumu imzaladı

Sənaye və energetika

06.09.2025 18:15

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qətərin "UCC" holdinqi arasında Anlaşma Memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, SOCAR və Qətərin "UCC" holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır: "Enerji sahəsində strateji tərəfdaşlıqlar qlobal miqyasda iqtisadi əməkdaşlığımızı gücləndirir".

M.Cabbarov qeyd edib ki, şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpasına, regionun davamlı inkişafına mühüm töhfə verəcək.

TodayPress TV

tag: SOCAR,Qətər,UCC,Anlaşma Memorandumu,Todaypress.tv,