“Qarabağ” yatağında ilk neft hasilatı 2029-cu ilə planlaşdırılır

Sənaye və energetika

03.06.2025 13:17

“Qarabağ” yatağında ilk neft hasilatını 2029-cu ilə planlaşdırırıq”. 

TodayPress TV xəbər verir ki, bunu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib. 

“Bu, böyük bir neft yatağı üçün nisbətən sürətli bir inkişaf sayılır. Hazırda nəzərdə tutulan konsepsiya — daimi heyətin olmadığı platformadır. Yəni platformada qurğular olacaq, amma hamısı uzaqdan idarə olunacaq. Beləliklə, platformada çox az sayda və ya ümumiyyətlə işçi olmayacaq. Bu, yüngül, zərif konstruksiyalı platformadır — göyərtəsi və bəzi qurğuları var. Daha sonra neft və qaz AÇG (Azəri-Çıraq-Günəşli) infrastrukturuna ötürüləcək. Bu, nisbətən səmərəli, aşağı xərcli və yüngül çəkili bir sistemdir”. 

Töhfə Səməd

tag: BP,Azərbaycan,Neft,Hasilat,Todaypress.tv,