“AzərEnerji” elektrik enerjisi istehsalını 3 %-dən çox artırdı
Sənaye və energetika
15.07.2025 13:57
Bu ilin yanvar-iyun aylarında “AzərEnerji” ASC üzrə 12 milyard 323,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
TodayPress TV bu barədə Energetika Nazirliyinin 6 ayı üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 404,3 milyon kVt/saat və ya 3,4 % çoxdur.
“AzərEnerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 10 milyard 441,4 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 1 milyard 851,1 milyon kVt/saatı Su Elektrik Stansiyalarında (SES) və 30,7 milyon kVt/saat Günəş Elektrik Stansiyalarında qeydə alınıb.
Bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 10,7 milyon kVt/saat (0,1 %) az, 384,3 milyon kVt/saat (26,2 %) və 0,2 milyon kVt/saat (0,7 %) çoxdur.
Hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 milyon kVt/saat (- 33,3 %), müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 511,5 milyon kVt/saat (+8,5 %) elektrik enerjisi istehsal edilib.
tag: Azərenerji,Elektrik,Enerji,İstehsal,Artım,Todaypress.tv,