Şizofreniyanın müalicəsi lamalarda tapıldı
Sağlamlıq
29.07.2025 18:15
Fransız tədqiqatçılar lamalardan əldə etdikləri xüsusi antikorlar sayəsində şizofreniyanın müalicəsi üçün yeni və perspektivli üsul hazırlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Araşdırmada, immun sistemin qoruyucu zülallarının kiçik hissəsi olan nanokorlardan istifadə olunub. Bu zülallar beyində sinir ötürmələrini tənzimləyən neyrotransmitterləri hədəf alaraq qan-beyin baryerini keçə bilir. Siçanlar üzərində aparılan təcrübələrdə həmin molekulun beyinə çataraq bilişsel pozuntuları azaltdığı müşahidə olunub.
Aparılan testlərdə yalnız bir inyeksiyadan sonra siçanların bilişsel funksiyalarında nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb və bu təsirin bir həftə davam etdiyi aşkarlanıb. Tədqiqatın müəllifləri bildirib ki, yeni kəşfin insanlarda necə nəticə verəcəyini hələ bilmirlər, lakin siçanlarda şizofreniyanın əksər çatışmazlıqlarını müalicə etmək mümkün olub.
Hazırda alimlər bu molekulların insanlar üzərində effektiv olub-olmayacağını yoxlamaq üçün klinik sınaqlara hazırlaşırlar.
Töhfə Səməd
tag: Fransa,Lama,Şizofreniya,Müalicə,Todaypress.tv,