Gülüşün sağlamlığa təsirləri aşkarlandı

Sağlamlıq

16.06.2025 18:50

Araşdırmalara görə, gülüşün sağlamlığa çoxsaylı faydaları var. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "Mayo Clinic" tibb mərkəzin araşdırma ediblər.

Onların rəyinə əsasən, gülmək yalnız əhval-ruhiyyəni yaxşılaşdırmaqla kifayətlənmir, həm də immunitet sistemini gücləndirir, stressi azaldır və ağrıları yüngülləşdirir. 

Mütəxəssislərin fikrincə, gülüş duyğu sinirlərində və əzələlərdə elektrik aktivliyini artırır. Bu siqnallar beyinə ötürülərək, ağrıkəsici təsirə malik endorfinlərin ifrazına səbəb olur. Endorfinlər orqanizmdə rahatlıq və rifah hissi formalaşdırır, eyni zamanda fiziki və psixi gərginliyi azaldır.

Qısa müddətdə gülüş ağciyərlərə oksigen tədarükünü artırır, ürəyi və əzələləri aktivləşdirir, qan dövranını yaxşılaşdırır və əzələləri rahatlaşdırır. 

Daimi olaraq gülmək həmçinin bədənin stress hormonlarına reaksiyasını azaldır, ürək döyüntüsünü və qan təzyiqini normallaşdırır, sakitlik və dinclik hissi yaradır.

Bundan əlavə, araşdırmalar göstərir ki, gülərüz insanlar ətrafdakıların etibarını daha tez qazanır, sosial əlaqələri daha asan qurur və peşəkar mühitdə daha uğurla uyğunlaşırlar.

Türkan İsgəndərli

tag: Gülüş,Ömür,Mehriban,Sağlamlıq,Todaypress.tv,