Bank xərcləri yaddaş zəifliyinə səbəb olur

Sağlamlıq

17.06.2025 18:40

Yaşlı insanlarda maliyyə davranışındakı dəyişikliklər – kommunal xərclərin artması, hobbiyə və səyahətə daha az pul ayrılması, həmçinin onlayn bankçılıqdan istifadədə çətinliklər demensiyanın erkən əlaməti ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "JAMA Network Open" jurnalında dərc olunan məlumatda bildirib.

Alimlər Böyük Britaniyada 66 min müştərinin anonim bank məlumatlarını təhlil ediblər. Onlardan 16 742 nəfər zamanla maliyyə idarəsi üçün üçüncü şəxsə etibarnamə verib – yəni maliyyə qərarlarını özü qəbul edə bilməyib. Müqayisə üçün heç bir problemi olmayan 50 minə yaxın insan da araşdırmaya daxil edilib.

Nəticələr göstərib ki, maliyyə imkanlarını itirməzdən bir neçə il əvvəl artıq ilk qrupda müəyyən dəyişikliklər qeydə alınırmış:

Onlayn bank istifadəsinin azalması

PIN-kodun tez-tez dəyişdirilməsi

Fırıldaqçılıqla bağlı daha çox müraciət

Bank kartının itirilməsi

Əyləncə və səfərlər üçün xərclərin azalması

Kommunal xərclərin artması

Alimlərin fikrincə, bu dəyişikliklər insanın gündəlik aktivlikdən geri çəkildiyini və koqnitiv qabiliyyətlərində azalma olduğunu göstərə bilər.

Tədqiqat rəhbəri professor Con Qaterqud bildirib ki, bu siqnallar formal diaqnoz qoyulmazdan əvvəl özünü büruzə verir və maliyyə qurumları belə halları vaxtında aşkar etməklə yaşlı müştərilərini qoruya bilər.

“Yaşlıların maliyyə davranışındakı dəyişikliklərə əsasən demensiyanın ilkin əlamətlərini müəyyənləşdirmək, onları qorumaq üçün vacib vasitəyə çevrilə bilər,” – deyə alim vurğulayıb.

Qiymət Mahir

tag: Hobbi,Maliyyə,Pul,Həkim,Araşdırma,Todaypress.tv,