Ana südü ana və uşaq ölümünün qarşısını alır
Sağlamlıq
31.07.2025 19:45
Qlobal miqyasda "körpələrin ilk peyvəndi" kimi tanınan ana südü, ana və uşaq sağlamlığında mühüm yer tutur və hər il 500 mindən çox ölümün qarşısını alır.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, dünyada körpə ölümlərinin ən geniş yayılmış səbəbləri ishal və sətəlcəm kimi xəstəliklərdir.
Hesabata görə, həyatının ilk 6 ayında ana südü ilə qidalanmayan körpələr bu xəstəliklərə qarşı daha həssas olur. Ana südü sayəsində hər il 420 mindən çox körpə ölümünün qarşısı alınır.
Bundan əlavə, ana südü ildə 4,6 milyon uşaqda piylənmənin qarşısını alır. Həmçinin uşaqlıq, döş xərçəngi və “Tip-2” diabet kimi xəstəliklərin yoluxma riskini önləyərək hər il 90 mindən çox qadının həyatını xilas edir.
Qeyd edək ki, ana südünü yetərincə almayan uşaqlarda idrak qabiliyyəti və öyrənmə bacarıqları zəifləyir, bu da onların akademik uğurlarına mənfi təsir göstərir. Ana südü alan uşaqların IQ səviyyəsi isə orta hesabla 2,6 bal daha yüksək olur.
Aysel Mətləb
tag: Ana,Körpə,Ana südü,Rİsk,Todaypress.tv,