Zendayanın Hollandla toyu niyə təxirə salınıb?

Mədəniyyət

30.07.2025 17:34

Məşhur amerikalı aktrisa Zendayanın aktyor Tom Hollandla planlaşdırılan toyunun təxirə salınmasının səbəbi məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə aktrisanın stilisti Lou Raç “E!News” portalına danışıb.

Raç bildirib ki, hələlik toy hazırlıqlarına başlanmayıb:

“Zendaya çox məşğuldur, müxtəlif layihələri var. Hazırda o, "Dune" filminin növbəti hissəsində çəkilir”.

Buna baxmayaraq, stilist hesab edir ki, cütlüyün möhtəşəm mərasim üçün hər şeyi dəqiqliklə planlaşdırmağa kifayət qədər vaxtı var. 

Lou Raç həmçinin onların münasibətləri barədə də danışıb:

“Zendaya ilə Tom çoxdan bir-birini sevir. Mən şadam ki, bütün dünya onların bu gözəl sevgi hekayəsini görür”.

Qeyd edək ki, Zendaya və Tom Holland 2021-ci ildən münasibətdədir. Onlar “Hörümçəkadam” filminin çəkilişləri zamanı tanış olublar. 2025-ci ilin əvvəlində isə aktrisa “Qızıl Qlobus” mükafatının təqdimat mərasiminə barmağında nişan üzüyü ilə qatılıb.

Töhfə Səməd 

tag: Zendaya,Tom Holland,Toy,Hollivud,Todaypress.tv,