"Ümidsiz evdar qadınların"ın məşhur aktrisası vəfat etdi
Mədəniyyət
02.06.2025 01:00
Amerikalı aktrisa Valeri Maxaffi 71 yaşında vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mərhumun həyat yoldaşı Cozef Kellanın verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib.
“Amerika öz ən cazibədar aktrisalarından birini itirdi. Onun yoxluğu dərindən hiss olunacaq”, - deyə Kellan bildirib və əlavə edib ki, o, həyatının sevgisini itirib.
Qeyd edək ki, Valeri Maxaffi tamaşaçılara daha çox “Ümidsiz evdar qadınlar” serialının üçüncü mövsümündəki əsas ikinci dərəcəli rolu ilə tanınırdı. O, həmçinin “Şeldonun uşaqlığı” və “Şimal ekspozisiyası” kimi məşhur layihələrdə də çıxış edib. Maxaffi “Şimal ekspozisiyası” serialındakı roluna görə “Emmy” mükafatına layiq görülmüşdü.
Töhfə Səməd
tag: Amerika,Aktrisa,Valeri Maxaffi,Cozef Kellan,todaypress.tv,