Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış oldu
Mədəniyyət
28.10.2025 13:23
Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasını (diametri 22.17 m x 22.17 m) toxuyur.
“Azərxalça” ASC-dən TodayPress TV-yə bildirilirb ki, adıçəkilən möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalsa üzərində işə ötən ilin dekabrından başlanılıb.
Oktyabrın 27-də bu möhtəşəm xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.
Məlumat üçün bildirək ki, xalçanın tam şəkildə toxunması üçün yeni və fərqli üslubda dəzgah da sifariş olunub. İki mərtəbədən ibarət dəzgah İrandan dəvət olunmuş bir qrup mütəxəssis tərəfindən xüsusi olaraq “Azərxalça” ASC üçün hazırlanıb.
tag: Leyla Əliyeva,Xalça,Qarabağ,Şuşa,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                ![Cabir İmanovla vida mərasimi keçirilir [[– CANLI]]](/uploads/news/68db9b8e44f8d.webp) 
                                            ![Anım Günündə [["İnnab ağacı"]] tamaşasının premyerası keçirildi](/uploads/news/68d8ee539e04b.webp) 
                                            ![[[Kamran Yunis:]] “Necə olur ki, Alim Qasımov da, Röya Ayxan da Xalq artisti seçilir?”](/uploads/news/682af53b936b1.webp) 
                                            ![[["Tağıyev"in]] 2-ci sezonu çəkilə bilər](/uploads/news/68851d097c270.webp) 
                                            !["Daha yaxşı gələcəyin vədi" [[– Bakıda Meksika muzeyinin sərgisi açıldı]]](/uploads/news/68ef7f7cb7928.webp) 
                                            ![Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı [[10-dan çox şəhərdə]] keçiriləcək](/uploads/news/68caa0aa388cd.webp) 
                                            ![Emin [[təxirə düşən]] konsertlərini bərpa etdi](/uploads/news/68b6b47a66b65.webp) 
                                            ![Vaqif Poeziya Günləri [[yenidən poeziyasevərləri]] bir araya gətirir](/uploads/news/686cb659c6d81.webp) 
                                            ![[[Kann festivalında QADAĞA:]] Geyim qaydaları niyə dəyişdi?](/uploads/news/682b08bb15da8.webp) 
                                            ![[["Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri”]] müsabiqəsinin növbəti mərhələsi başa çatdı](/uploads/news/6891e7d7e65c6.webp) 
                                            