İtaliya kollektivi XX Bakı Caz Festivalında böyük uğurla çıxış etdi
Mədəniyyət
30.10.2025 14:55
“Baku Jazz Festival – 2025” çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində İtaliyanın “Enzo Favata Band” qrupunun çıxışı olub.
TodayPress TV xəbər verir ki, konsertdən əvvəl “Baku Jazz Festival”ın təşkilatçısı və art-direktoru Rain Sultanov çıxış edib. Səhnəyə, həmçinin İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko çıxıb. Diplomat tamaşaçılara salamlama nitqi ilə müraciət edib.
Sardiniyadan olan Enzo Favata beynəlxalq musiqi aləmində ən fəal və tanınmış musiqiçilərdən biridir. O, soprano və tenor - saksafon, bas - klarnet və ənənəvi Sardiniya nəfəsli alətlərində ifa edir. Favata, həmçinin bəstəkar, film, teatr, radio və televiziya üçün musiqilərin müəllifi, eləcə də muzeylər, sərgilər üçün musiqi instalyasiyalarının yaradıcısı kimi tanınır.
Caz qrupunun musiqiçiləri - Daniele Di Bonaventura (bandoneon), Marsello Pequin (gitara), Salvatore Maltana (kontrabas) və Umberto Trombetta Qandi (zərb alətləri) solist Enzo Favataya qoşularaq “Atlantico” albomundan əsərlər ifa ediblər.
Proqramın sonunda tamaşaçılar italyan qrupundan əlavə bir mahnı oxumağı xahiş ediblər. Enzo Favata, öz növbəsində, başqa bir əsəri ifa etməzdən əvvəl qrupun uzun tarixi, “Atlantico” albomunun yaradılması haqqında danışıb. O, qonaqpərvərliyə və dəstəyə görə tamaşaçılara, habelə İtaliya səfirliyinin nümayəndələrinə səmimi təşəkkürünü bildirib.
“Enzo Favata Band” qrupunun çıxışı 2025-ci il Bakı Caz Festivalının ən yaddaqalan anlarından biri olub.
tag: Caz,Bakı,İtaliya,Musiqi,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
        
 
                                ![Nazir Adil Kərimli beynəlxalq tədbirdə [[çıxış etdi]]](/uploads/news/68da52af754f7.webp) 
                                            ![Bakı Beynəlxalq Kitab Sərgisinin [[fəxri yazarları]] məlum oldu](/uploads/news/68cd1b0370726.webp) 
                                            ![[[Sevda Ələkbərzadə:]] “Ölüm haqdır, hamımızı gözləyir”](/uploads/news/68db9503c8b2d.webp) 
                                            ![Sumqayıt Dövlət Dram Teatrı [[AKTYORUN ÇAĞIRIŞINA]] cavab verdi](/uploads/news/686e7898c02da.webp) 
                                            ![Qəbələ musiqi festivalı çərçivəsində [[Rauf Atakişiyev və Vasif Adıgözəlovun]] yubileyləri qeyd olunacaq](/uploads/news/68710f305f99c.webp) 
                                            ![Mariya Biyeşunun 90 illik yubileyinə həsr olunmuş [[33-cü Beynəlxalq Opera Festivalı]] baş tutdu](/uploads/news/68e4b937d7d3e.webp) 
                                            ![Tofiq Cavadovun [[100 illik yubileyinə həsr olunmuş]] “Yarımçıq qalmış ömür” sərgisi açıldı](/uploads/news/690473e773bfb.webp) 
                                            ![Üzeyir Hacıbəyli Festivalı “Koroğlu” operasının yeni quruluşu ilə [[bağlandı]]](/uploads/news/68da44b2c1960.webp) 
                                            ![Şuşada Vaqif soraqlı növbəti [[poeziya bayramı]] keçirilir](/uploads/news/6880711680026.webp) 
                                            ![[["Baş" tamaşasının]] premyerası oldu](/uploads/news/68da206e24ea0.webp) 
                                            