Əməkdar incəsənət xadimi vəfat etdi
Mədəniyyət
17.07.2025 10:32
Azərbaycanın əməkdar incəsənət xadimi, fleytaçı fəlsəfə elmlər doktoru, professor Telman Hacıyev dünyasını dəyișib.
TodayPress TV xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Telman Hacıyev 1937 il yanvarın 31-də anadan olmuşdur. 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə fleyta ixtisası üzrə bitirib.
1965-1973 – cü illərdə T. Hacıyev Azərbaycan Dövlət kamera orkestrinin solisti işləyib.
O, solist kimi Kuba Respublikası, Polşa, Çexoslovakiya, İsveç, Danimarka, Hollandiya, Norveç, Finlandiya, ələlxüsus Moskva və Sovet Respublikalarında klassik, romantik və müasir musiqi nümunələri ifa edib, xüsusən Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovdan bəhrələnib.
tag: Əməkdar,İncəsənət,Xadim,Vəfat,Todaypress.tv,