“Azərbaycanın Rəngləri: Multikulturalizm Diyarı” adlı foto-sərginin açılışı oldu

Mədəniyyət

13.06.2025 17:00

11 iyun tarixində Barselonanın tarixi Palau Dalmases sarayında “Azərbaycanın Rəngləri: Multikulturalizm Diyarı” adlı foto-sərginin açılışı uğurla keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində Barselonadakı Azərbaycanlıları Cəmiyyəti (ASB) və Barselona Azərbaycan Evi tərəfindən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

TodayPress TV xəbər verir ki, sərginin məqsədi Azərbaycanın zəngin mədəni irsini, dini və etnik müxtəlifliyini sənət vasitəsilə beynəlxalq ictimaiyyətə tanıtmaq olub.

Sərgi, gənc və istedadlı fotoqraf Etibar Cəfərovun obyektivindən təqdim edilən Azərbaycan mənzərələri və insanlarını nümayiş etdirməklə, ölkənin multikultural dəyərlərinə güzgü tutub.

Açılış mərasimində Barselonanın mədəniyyət qurumlarının nümayəndələri, fotoqraflar, dizaynerlər, sənətçilər, musiqiçilər və yerli Barselona sakinləri iştirak ediblər. Tədbirdə açılış nitqləri, fotoşəkillərin izahlı turu və Azərbaycanın milli musiqi müşayiətilə tanışlıq hissəsi təşkil olunub. Sərgidə çıxış edən natiqlərdən, siyasi elmlər doktoru, Alman Jurnalistlər Assosiasiyasının (DVPJ) üzvü Dr. Dimitris Kazarnovskis “Azərbaycanda Multikulturalizm” mövzusunda məruzə ilə çıxış edib.

Sərgi çərçivəsində, fotoqraf Etibar Cəfərov tərəfindən müəllifi olduğu “Land of Multiculturalism” adlı kitab Barselona Kitab Evinə hədiyyə olunub.

Bu sərgi bir daha sübut edib ki, incəsənət fərqli mədəniyyətləri bir araya gətirən güclü vasitədir və Azərbaycan dünyada multikulturalizmin simvolu kimi öz mövqeyini qoruyur.

tag: Barselona,ASB,Diaspor,Azərbaycan,Todaypress.tv,