Zəlzələlərin səbəbi açıqlandı

Maraqlı

30.07.2025 18:45

Qlobal istiləşmə zəif zəlzələlərə səbəb ola bilər, lakin bu, dolayısı yolla baş verir. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.

Onun sözlərinə görə, qlobal istiləşmə Yer səthindəki prosesləri dəyişsə də, yerin dərin qatlarında - litosfer və mantiyada baş verən əsas tektonik hərəkətlərə birbaşa təsir etmir. Lakin bəzi bölgələrdə, xüsusilə keçmişdə buzlaqlarla örtülü ərazilərdə, buzların əriməsi, yağıntının artması və okean səviyyəsinin qalxması yer qabığında gərginlik yaradaraq zəif zəlzələlərə səbəb ola bilər.

Əlavə edilib ki, bu təsirlər ciddi və dağıdıcı tektonik zəlzələlərə səbəb olmur. Bunlar əsasən kiçik yeraltı təkanlardır və iqlim dəyişikliyinin dolayı nəticəsidir.

Türkan İsgəndərli

tag: Qlobal istiləşmə,Zəlzələ,Yeraltı təkan,İqlim,Todaypress.tv,