300 il əvvəl batan gəmidən xəzinə tapıldı

Maraqlı

11.06.2025 13:03

Kolumbiya sahillərində Karib dənizinin dərinliklərində tapılan qədim qızıl sikkələr, tarixdəki ən qiymətli dəniz xəzinələrindən birinə işıq salıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Live Science məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər sikkələrin 1708-ci ildə batan İspan qalyonu “San Xose”yə aid olduğunu təsdiqləyiblər.

Kolumbiya hökuməti uzaqdan idarə olunan sualtı qayıqlar vasitəsilə gəminin qalıqlarına enərək fotolar və videolar vasitəsilə sikkələri və digər artefaktları sənədləşdirib. Bu tapıntılar, gəminin Kolumbiya sahillərində olduğu barədə daha əvvəlki ehtimalları rəsmi şəkildə təsdiqləyib.

Xatırladaq ki, “San Xose” qalleonu Boliviya mədənlərindən gümüş və digər qiymətli yüklərlə Avropaya qayıdarkən, İngiltərə donanması tərəfindən hücuma məruz qalaraq batırılıb. Uzun illər ərzində onun daşıdığı xəzinənin milyardlarla dollar dəyərində olduğu təxmin olunurdu.

Gəmi ilk dəfə 2015-ci ildə Kolumbiya hökuməti tərəfindən aşkarlanıb. İndi isə hökumət bəzi artefaktların çıxarılıb muzeylərdə sərgilənməsini planlaşdırır. 

Türkan İsgəndərli

tag: Kolumbiya,Gəmi,Xəzinə,Sikkə,todaypress.tv,