Dövlət zəmanətli borcun tərkibi açıqlandı
Maliyyə
29.10.2025 16:00
Azərbaycanın bu il oktyabrın 1-nə 10 milyard 686,5 milyon manat (ÜDM-in 8,2 %-i qədər) olmuş dövlət zəmanətli borcunun 9 milyard 24,1 milyon manatı (5 milyard 308,3 milyon ABŞ dolları) və yaxud 84,4 %-i xarici kreditlərin, 1 milyard 662,4 milyon manatı və yaxud 15,6 %-i isə daxili kreditlərin payına düşüb.
TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, xarici dövlət zəmanətli borc portfelinin 79,1 %-i və yaxud 4 196,8 milyon ABŞ dolları məbləğində hissəsi "Cənub Qaz Dəhlizi" QSC-nin cəlb etdiyi kreditlərə verilən dövlət zəmanətlərindən ibarətdir.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,8 %-ni sabit, 41,2 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 %, avro – 18,5 %, manat – 12,4 %, yapon yeni – 3,9 %, digər valyutalar – 1,9 %.
tag: Dövlət zəmanətli borc,Tərkib,Açıqlama,Maliyyə,Todaypress.tv,
 
        
 
                                ![Fiziki şəxslər tərəfindən bu il [[1.2 milyard dollarlıq məhsul]] idxal edilib](/uploads/news/68a59bc0bcd21.webp) 
                                            !["Bakı Fond Birjası"nın dövriyyəsi [[2 dəfədən çox artdı]]](/uploads/news/6866940d17400.webp) 
                                            ![Xüsusi tənzimləmə rejiminin [[ilk mərhələsi üzrə sınaq dövrləri]] başa çatdı](/uploads/news/68932e0895206.webp) 
                                            ![Müdafiə və milli təhlükəsizlik xərcləri 9 ayda [[5 milyard manatı]] ötüb](/uploads/news/68f8b9ca8ed5f.webp) 
                                            ![Naxçıvanda [[7 ayda vətəndaşlara geri qaytarılan]] ƏDV-nin məbləği açıqlanıb](/uploads/news/689af81566aae.webp) 
                                            ![DOST Agentliyinin [[mənfəəti]] 2 dəfədən çox azaldı](/uploads/news/6877792f5c408.webp) 
                                            ![Qlobal likvidlik dəstəyində [[Azərbaycanın payı]] açıqlandı](/uploads/news/6831ad50b0aba.webp) 
                                            ![AMB [["PulPal"ın vəzifəli şəxsini]] cərimələdi](/uploads/news/68b94caf9d2a9.webp) 
                                            ![İşsizlikdən Sığorta Fondunun büdcəsi [[2 %-dən çox]] artırıla bilər](/uploads/news/68fa03003d44d.webp) 
                                            !["Türk Dövlətləri Insurtech Zirvəsi" [[keçirilir]]](/uploads/news/6900754b0e8c0.webp) 
                                            