Bank sektorunun aktivləri 10 %-dən çox artdı
Maliyyə
28.10.2025 11:33
Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 138 milyon manat təşkil edib.
TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 10,4 % çoxdur.
Bankların aktivlərinin 27 milyard 547,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 9,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 49,5 %-dən 49,1 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,2 % artaraq 48 milyard 967,8 milyon manata, o cümlədən depozit portfeli 1,5 % artaraq 36 milyard 587,8 milyon manata çatıb. Bunun 15 milyard 377 milyon manatı fiziki, 21 milyard 210,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 4,5 % azalıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 89,6 dəfə azalaraq 0,5 milyon manat olub.
Sektorun balans kapitalı isə 14 % artaraq 7 milyard 170,2 milyon manat təşkil edib.
tag: Bank,Sektor,Artım,Maliyyə,Todaypress.tv,
 
        
 
                                ![2024-cü ildə [[Auditorlar Palatasının]] mənfəəti artıb](/uploads/news/6847e2106dc96.webp) 
                                            ![SOCAR-ın [[depozitləri]] 5 dəfəyə yaxın artdı](/uploads/news/686cf10b9a855.webp) 
                                            ![Tomat ixracından gəlir [[9 %-ə yaxın]] artdı](/uploads/news/688b19e9200a4.webp) 
                                            ![Orta aylıq əmək haqqı [[9 %-dən çox]] artdı](/uploads/news/689b174904618.webp) 
                                            ![Dövlət əmlakının icarəsindən [[büdcə daxilolmaları]] artdı](/uploads/news/6893409e390ee.webp) 
                                            ![İlin sonuna qədər [[maaşı istənilən bankdan almaq]] mümkün ola bilər](/uploads/news/68820e0457b22.webp) 
                                            ![Ötən il [[publik hüquqi şəxslərin]] 36%-ə yaxını auditdən keçməyib](/uploads/news/6847e49c166ab.webp) 
                                            !["Unibank"ın sədri [[işdən çıxdı]]](/uploads/news/686d0c5030a0b.webp) 
                                            ![Daha iki audit şirkətinə [[müddətli lisenziya]] verildi](/uploads/news/686e45e7d39b5.webp) 
                                            ![Taleh Kazımov [[bank rəhbərləri ilə strateji prioritetləri]] müzakirə etdi](/uploads/news/68886b6e39e26.webp) 
                                            