Yeni “Porsche Cayenne” simsiz enerji yığma funksiyası ilə gəlir
İqtisadiyyat
06.09.2025 13:10
İlin sonunda təqdim olunacaq yeni nəsil “Porsche Cayenne” avtomobili simsiz batareya doldurma funksiyası ilə təchiz ediləcək.
TodayPress TV xəbər verir ki, “Drom.ru” portalının məlumatına görə, bu texnologiya smartfonların simsiz enerji yığma prinsipi ilə işləyəcək.
Enerji ehtiyatını bərpa etmək üçün avtomobili xüsusi doldurma platformasının üzərinə, ön təkərlərin altına yerləşdirmək kifayətdir.
“Porsche” nümayəndələrinin açıqlamasına görə, qurğu 11 kVt gücə qədər elektromaqnit sahəsi yaradacaq və avtomobildən ayrıca satılacaq. Sürücülər onu evdə quraşdıraraq adi elektrik şəbəkəsinə qoşa biləcəklər.
Qeyd edək ki, simsiz doldurma cihazının prototipi Münhendə keçirilən mobil elektronika sərgisində təqdim olunub.
Töhfə Səməd
tag: Porsche Cayenne,Avtomobil,Simsiz,Batareya,Todaypress.tv,