Yanvar-aprel ayları ərzində 120.130 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparıldı
İqtisadiyyat
20.05.2025 15:33
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar- aprel ayları ərzində daşınmaz əmlak üzərində 120.130 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
TodayPress TV xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 19.373-ü (16,1%) ilkin, 100.757-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşür.
2025-ci ilin ilk dörd ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 20.332, mənzil – 28.355, torpaq sahəsi – 67.143, qeyri-yaşayış binası – 961, qeyri-yaşayış sahəsi – 3.061, əmlak kompleksi – 213, çoxmərtəbəli yaşayış binası – 62 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 30.546-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-aprel ayları ərzində 84.305 texniki pasport tərtib edilib, 19.915 ipoteka müqaviləsi qeydiyyata alınıb.
tag: Yanvar,Aprel,Dövlət,Qeydiyyat,Todaypress.tv,