"Toyota" ilk hibrid "Land Cruiser" modelini təqdim etdi:

İqtisadiyyat

14.06.2025 19:30

"Toyota" şirkəti əfsanəvi "Land Cruiser" xəttinin ilk hibrid versiyasını — "Land Cruiser 300 Hybrid" modelini təqdim edib. Yenilik həm texniki göstəriciləri, həm də ofroud imkanları ilə diqqət çəkir.

TodayPress TV xəbər verir ki, bu barədə "Toyota"nın rəsmi saytı məlumat yayıb.

Şirkət bildirib ki, avtomobil əvvəlcə Yaxın Şərq ölkələrində debüt edib və yaxın zamanda digər bazarlarda da satışa çıxarılacaq.

Əsas texniki göstəricilər:

3,5 litrlik V6 benzin mühərriki (biturbinli)

Paralel sxemdə elektrik mühərriki

Ümumi güc: 457 a.g., 790 Nm fırlanma anı (Lexus LX700h modelinə bənzər)

10 pilləli avtomatik sürətlər qutusu

Tam ötürücü sistem

Bu göstəricilər "Land Cruiser 300 Hybrid"i model tarixindəki ən güclü versiya edir.

Qiymət və bazar mövqeyi:

BƏƏ-də başlanğıc qiymət: 106 min dollar (VXR komplektasiyası)

GR-S versiyası: 111 min dollardan yuxarı

İqlim və relyef üçün optimizasiya:

"Toyota" qeyd edir ki, hibrid sistemə baxmayaraq, avtomobil klassik "Land Cruiser" "off-road" keyfiyyətlərini qoruyur:

Su keçidlərində mühərrik və batareyaların qorunması

Uzunmüddətli yüklənmələrdə batareyanın soyudulması

Dəyişkən relifdə optimal hibrid sistem performansı

Qiymət Mahir

tag: Toyota,Land Cruiser,Avtomobil,Land Cruiser 300 Hybrid,Todaypress.tv,