Rusiyaya qeyri-neft-qaz ixracı 8 %-dən çox artdı

İqtisadiyyat

30.09.2025 11:52

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

8 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində cüzi azalaraq 394,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39,6 % artaraq 220,2 milyon ABŞ dolları olub.

Ötən 8 ayda Azərbaycan həmçinin Gürcüstana 216,4 milyon ABŞ dolları (2 dəfə çox), Ukraynaya isə 131,8 milyon ABŞ dolları (31,4 % çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

TodayPress TV

tag: Rusiya,Qeyri-neft ,Dollar,Sektor,Büdcə,Todaypress.tv,