Özəl müəssisələrinin qeyri-neft-qaz ixracı üzrə reytinqi açıqlandı

İqtisadiyyat

30.09.2025 12:44

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik "Prime Cotton" MMC-yə (84 milyon ABŞ dolları) məxsus olub.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın sentyabr sayında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə "Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi (74,7 milyon ABŞ dolları), "Baku Steel Company" QSC (41,3 milyon ABŞ dolları), "Export Stream" MMC (40,2 milyon ABŞ dolları),"Azərsun Holdinq" MMC-yə məxsus "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu, 39,3 milyon ABŞ dolları), "UYTROP" MMC (28,9 milyon ABŞ dolları), "P-Aqro" MMC (26,7 milyon ABŞ dolları), "STP Alüminium" (25,8 milyon ABŞ dolları), "Tabaterra" QSC (23 milyon ABŞ dolları) və "Sahdag SY" MMC (21,9 milyon ABŞ dolları) qərarlaşıb.

TodayPress TV

tag: Qeyri-neft ,Dollar,Sektor,Büdcə,Todaypress.tv,