Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü
İqtisadiyyat
30.10.2025 09:18
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunda “Gənc arıçı” layihəsinin iştirakçılarından biri olan, Mıxlıqovaq kəndində yaşayan Qafarovlar ailəsinin qonağı olub.
TodayPress TV xəbər verir ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, gənc arıçı Lalə Qafarova ötən il 40 kiloqram, bu il isə 100 kiloqram bal istehsal edib. O həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə ötən ay Kəlbəcərdə keçirilən Bal Festivalında “Gənc arıçı” layihəsinin iştirakçısı qismində çıxış edərək öz məhsullarını alıcılara təqdim edib.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.
tag: Heydər Əliyev,Leyla Əliyeva,Fond,Bal,Arı,Todaypress.tv,
 
                                             
                                             
                                             
        
 
                                ![Arpa sahələrinin [[28,7 faizində]] biçin prosesi yekunlaşdı](/uploads/news/684a9f296bc09.webp) 
                                            ![Mehman Veysəlov Neftçalada [[vətəndaş qəbulu]] keçirdi](/uploads/news/685bf0eb05049.webp) 
                                            ![[[Qarğıdalı və taxıl]] sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edildi](/uploads/news/684bf70e206e1.webp) 
                                            ![Məcnun Məmmədov [[Laçında təsərrüfatlara]] baş çəkdi](/uploads/news/687a4b8622d60.webp) 
                                            ![ADAU-EGE [[ikili diplom proqramının rəhbər komitəsinin]] növbəti görüşü keçirilib](/uploads/news/686e66e1d4a59.webp) 
                                            ![AKİA tərəfindən [[5 ayda 43 milyon manata yaxın güzəştli kredit]] verilib](/uploads/news/685ba65fb4491.webp) 
                                            ![14 rayonda arpa biçini, [[1 rayonda buğda biçini tam başa çatdı]]](/uploads/news/6862477dae247.webp) 
                                            ![Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda [[“Qala Əncir Festivalı”]] keçirildi](/uploads/news/68bed8d724105.webp) 
                                            ![Lənkəranda [[regional müşavirə]] keçirildi](/uploads/news/684c04291304d.webp) 
                                            ![Növbəti [[“Kənddən Şəhərə” yarmarkası]] təşkil olunacaq](/uploads/news/687900d385f1a.webp) 
                                            