Kreditlərin faizi artdı: Avtomobil almaq çətinləşəcək
İqtisadiyyat
31.10.2025 15:28
"Son aylarda avtomobil kreditlərinin faiz dərəcəsinin artımı həm bank sektoruna, həm də istehlak bazarına ciddi təsir göstərib. Bu artım təkcə bank siyasəti ilə bağlı deyil, həm də ölkənin pul bazarındakı ümumi tendensiyalar, idxal xərclərinin artması və risk faktorlarının yüksəlməsi ilə bağlıdır".
İqtisadçı Akif Nəsirli bu barədə TodayPress TV-yə bildirib.
Onun sözlərinə görə, faiz artımının əsas səbəbi Mərkəzi Bankın sərtləşdirilmiş monetar siyasətidir:
"Son dövrlərdə AMB inflyasiya təzyiqlərinə qarşı pul siyasətini sərtləşdirib. Yenidən maliyyələşdirmə dərəcəsinin yüksək saxlanması bankların maliyyə resurslarını bahalaşdırıb. Banklar daha baha likvidlik əldə etdiklərindən, bu xərci kredit faizlərinə əlavə edirlər".
İqtisadçı əlavə edib ki, 2024-2025-ci illərdə avtomobil bazarında ciddi qiymət artımı müşahidə olunur:
"Dollar və avronun bahalaşması, gömrük rüsumları, daşınma xərcləri, “Euro-5” emissiya standartlarının tətbiqi və bəzi modellərin satışdan çıxması avtomobillərin ilkin qiymətini yüksəldib. Bu isə kreditlə alınan məbləği artırır və bankların risk dəyərləndirməsini gücləndirir. Son bir ildə istehlak kreditləri və kart borclarının artması bankların risk siyasətini yenidən nəzərdən keçirməsinə səbəb olub. İkinci əl bazarındakı qiymət dalğalanmaları və geriödəmə gecikmələri risk səviyyəsini artırıb. Bu şəraitdə banklar özlərini qorumaq üçün marjanı artırırlar".
Ekspert vurğulayıb ki, faizlər artsa da bazarda avtomobilə olan tələbat azalmayıb. Yenilənmiş modellər, elektrik və hibrid avtomobillərə maraq, ictimai nəqliyyatdan fərdi istifadəyə keçid istəyi hələ də yüksəkdir. Bu isə bankların faizləri aşağı salmasına imkan vermir:
"Məsələn, 30 000 manatlıq kredit üçün 10% illik faizlə 5 illik ödəniş təxminən 638 manat, 13% illik faizlə isə 683 manat təşkil edir. Yəni faiz artımı ümumi ödənişi təxminən 8-9% artırır. İndi daha yüksək ilkin ödəniş (20-30%), qısa müddət (3-4 il) və yüksək gəlir sübutu tələb olunur. Bu səbəbdən kredit alma prosesi əvvəlkindən daha çətinləşib. Lizinq mexanizmlərinə maraq artır, bank olmayan maliyyə qurumlarının təklifləri və avtosalonların daxili satış taksitləri müştəriləri cəlb edir. Elektrik avtomobilləri seqmentində isə vergi güzəştləri və nisbətən sərfəli kredit şərtləri tələbi artırır. Əgər Mərkəzi Bank 2025-ci ilin birinci yarısında inflyasiyanın azalmasını təsdiqləsə və faiz siyasətini yumşaldarsa, bank faizləri mərhələli şəkildə enə bilər. Lakin idxal xərcləri, valyuta riskləri və istehsalın olmaması qısa müddətdə faizlərin yenidən 10%-ə düşməsinə imkan vermir. Avtomobil kreditlərinin 10%-dən 13%-ə yüksəlməsi təkcə bank qərarı deyil, makroiqtisadi sabitlik, valyuta məzənnəsi, inflyasiya və istehlak tələbi kimi kompleks faktorların nəticəsidir".
Akif Nəsirli qeyd edib ki, asan kreditlə avtomobil alma dövrü başa çatır. Həm banklar, həm də alıcılar indi daha düşünülmüş qərar verməyə məcburdurlar.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,İqtisadçı,Avtomobil,Kredit,Todaypress.tv,
 
                                             
        
 
                                ![“Gəncə Avtomobil Zavodu”nun [[xalis mənfəəti]] 2 dəfə azaldı](/uploads/news/686f5d50de5cf.webp) 
                                            ![[[SOCAR və "Tekfen"in birgə müəssisəsi]] maliyyə vəziyyətini açıqladı](/uploads/news/68777581f1ef8.webp) 
                                            ![Avropa İttifaqı ölkələri ilə [[ticarət dövriyyəsi]] 14% artdı](/uploads/news/68b2cf5a19971.webp) 
                                            ![Yanvar-aprel ayları ərzində [[120.130 mülkiyyət hüququnun dövlət qeydiyyatı]] aparıldı](/uploads/news/682c6895a5b00.webp) 
                                            ![ABŞ iqtisadiyyatına [[birbaşa investisiya qoyuluşu]] 4 dəfə artırdı](/uploads/news/68ce9f377ae30.webp) 
                                             
                                            ![[[Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələ:]] Orta Dəhliz üçün strateji addım](/uploads/news/68adb996b7a64.webp) 
                                            ![Avro və rubl [[ucuzlaşdı]]](/uploads/news/68661aefbae68.webp) 
                                            ![Qızıl və gümüş [[bahalaşdı]]](/uploads/news/68edea317b600.webp) 
                                            ![Bankların xalis xarici aktivləri [[6 %-dən]] çox artdı](/uploads/news/68dbc66cc3f23.webp) 
                                            