Havadan içməli su istehsal etmək üçün texnologiya hazırlandı

İqtisadiyyat

01.12.2025 18:30

Şanxay Jiaotong Universitetinin tədqiqatçıları atmosferdən birbaşa içməli su əldə etməyə imkan verən yeni texnologiya hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "China Daily" məlumat yayıb.

Qəzetin məlumatına görə, suyun toplanması üçün kondensasiya, udma üsulları və istilik nasosu birləşdirilib. Texnologiyanın yüksək temperatur və aşağı rütubət də daxil olmaqla müxtəlif iqlim şəraitində işləyə bildiyi qeyd olunur.

Tədqiqatçılar həmçinin heç bir infrastruktur tələb etməyən günəş enerjisi ilə işləyən avtonom stansiya yaradıblar. Kiçik avtobus dayanacağını xatırladan bu qurğu 15-40°C temperaturda və 35-99% rütubətdə fəaliyyət göstərərək gündə 50 litr içməli su istehsal edir.

Bundan əlavə, ada otelləri və kiçik yaşayış məntəqələri üçün nəzərdə tutulmuş, gündə 1600 litr su istehsal edə bilən daha böyük platforma da hazırlanıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Su,Hava,Nasos,Tədqiqat,Todaypress.tv,