Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
İqtisadiyyat
25.11.2025 10:18
ABŞ və Avropa fond bazarlarında 24 noyabr sessiyası əsasən artım ilə başa çatıb.
TodayPress TV xəbər verir ki, ABŞ indeksləri- Dow Jones Industrial Average 0,44% artaraq 46 448,27 bəndə, S&P 500 indeksi 1,55% artımla 6 705,12 bənd səviyyəsinə yüksəlib.
Nasdaq Composite 2,69% yüksələrək 22 872,01 bənd təşkil edib. NYSE Composite 0,45% artımla 21 271,60 bənd olub. Kanada S&P/TSX Composite indeksi isə 1,47% artaraq 30 604,35 bənd səviyyəsində qeydə alınıb.
Avropa bazarlarında da indekslərdə əsasən artım müşahidə edilib. Euro Stoxx 50 indeksi 0,25% yüksələrək 5 528,67 bəndə çatıb. Almaniyanın DAX indeksi 0,64% artaraq 23 239,18 bənd olub. İspaniyanın IBEX 35 indeksi 0,92% artım nümayiş etdirərək 15 967,80 bənd səviyyəsinə yüksəlib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,05% azalaraq 9 534,91 bənd təşkil edib. Fransanın CAC 40 indeksi isə 0,29% geriləyərək 7 959,67 bənd səviyyəsində bağlanıb.
tag: Fond,Bazar,İndeks,Məzənnə,TodayPress.TV,
