Bitcoin yenidən bahalaşdı
İqtisadiyyat
03.02.2026 10:33
Qlobal kriptovalyuta bazarında son 24 saatda qiymətlər üzrə müsbət dinamika qeydə alınıb.
TodayPress TV xəbər verir ki, sutkalıq dinamika fonunda bazarın ümumi kapitalizasiyası 3,38% artaraq 2,65 trln. ABŞ dollarına yüksəlib.
"Bitcoin"in qiyməti son 24 saatda 4,42% artaraq 78 699 dollar, "Ethereum"un qiyməti isə 5,48% yüksələrək 2 338 dollar səviyyəsinə çatıb. Eyni dövrdə BNB 3,84% artaraq 777 dollar, XRP 3,31% artaraq 1,61 dollar, Solana 4,65% artaraq 104 dollar, Dogecoin isə 4,97% artaraq 0,107 dollar olub.
Stabilkoinlərdə ciddi dəyişiklik qeydə alınmayıb: Tether sutka ərzində 0,02% artaraq 0,999 dollar, USDC isə 0,01% azalaraq 0,9996 dollar səviyyəsində qərarlaşıb.
Sutka üzrə ən yüksək artım Hyperliquid aktivində qeydə alınıb – qiymət 21,73% yüksəlib.
Analitiklər sutkalıq bahalaşmanı əvvəlki günlərdəki kəskin enişdən sonra bazarda formalaşan texniki bərpa və qısamüddətli alış aktivliyi ilə əlaqələndirirlər.
tag: Bitkoin,Qiymət, Platforma, Dollar, Yüksəlmə, todaypress.tv,
