Balığın qiymətində artım: Nə vaxta kimi davam edəcək?
İqtisadiyyat
29.10.2025 17:24
Son günlərdə paytaxt bazarlarında balığın qiymətində artım müşahidə olunur. Məsələn, bir-iki həftə öncə 10-11 manata satılan “Forel” balığı hazırda 12-13 manata təklif olunur. “Çəki” (“Sazan”), “Kütüm”, “Xəşəm”, “Kefal”, “Ağ amur” (“Belamur”) və “Xanı” kimi daha çox satılan balıqların da qiyməti orta hesabla 1-2 manat bahalaşıb.
İqtisadçı Akif Nəsirli TodayPress TV-yə açıqlamasında bildirib ki, bahalaşmanın əsas səbəblərindən biri payız mövsümündə tələbin artması, digəri isə təklifin azalmasıdır:
"Payız aylarında havaların soyuması ilə insanlar daha çox balıq məhsullarına üstünlük verirlər. Bu dövrdə dəniz və çay balıqlarının ovlanma mövsümü də məhdudlaşır. Nəticədə isə bazarda təklif azalır, tələbin çox olması isə qiymətləri yuxarı çəkir".
İqtisadçının sözlərinə görə, digər amillərdən biri də nəqliyyat və saxlanma xərclərinin artmasıdır:
"Son aylarda yanacaq və logistika xərclərində müəyyən artım müşahidə olunur. Balıq kimi tez xarab olan məhsullar üçün soyuducu sistemlərdə daşınma və saxlama xərcləri baha başa gəlir. Bu da birbaşa olaraq satış qiymətlərinə təsir göstərir".
Ekspert əlavə edib ki, yaxın həftələrdə hava şəraiti sabit qalsa, qiymətlərdə kəskin dəyişiklik gözlənilmir, lakin payızın sonuna doğru tələbin bir qədər də artması mümkündür.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,Ekspert,Balıq,bahalaşma,Todaypress.tv,
 
                                             
        
 
                                ![Qeyri-neft sektoru [[10 %-dən çox]] artdı](/uploads/news/68c3dc533ec27.webp) 
                                            ![Naxçıvanda [["Oksigen İstehsalı Müəssisəsi"]] qeydiyyatdan keçdi](/uploads/news/686cc12037b32.webp) 
                                            ![[[Mikayıl Cabbarov:]] "Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayır"](/uploads/news/68addbdb5d9b6.webp) 
                                            ![Qızıl və gümüş [[ucuzlaşdı]]](/uploads/news/686619d2640dd.webp) 
                                            ![ABŞ-nin İran zərbələri fonunda dollar [[gücləndi]]](/uploads/news/6858fb7c9cc26.webp) 
                                            ![[[Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə]] tərəfdaşlığı dəyərləndirdi](/uploads/news/6851728b3c986.webp) 
                                            ![[[Natiq Cəfərli:]] “Türk dövlətləri iqtisadi inteqrasiyada yeni mərhələyə daxil qoyur”](/uploads/news/68e3cb3f2acad.webp) 
                                            ![Qızıl və gümüş [[bahalaşdı]]](/uploads/news/68e89e96eaf5b.webp) 
                                            ![Qızıl və gümüş [[bahalaşdı]]](/uploads/news/68427aa80e256.webp) 
                                            ![Avro bahalaşdı, [[rubl ucuzlaşdı]]](/uploads/news/68bfbeb70d456.webp) 
                                            