Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkət iştirak edəcək
İqtisadiyyat
29.05.2025 11:33
"Bu il Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkət iştirak edəcək".
TodayPress TV xəbər verir ki, bunu Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva bildirib.
Onun sözlərinə görə, ilk dəfə olaraq bu il sərgi iştirakçılarının 35%-ni yeni şirkətlər təşkil edir.
“Sərgi iştirakçılarının təxminən 70%-ni xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40%-ni əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər".
Töhfə Səməd
tag: Bakı Enerji Həftəsi ,Tədbir,İclas,Görüş,Todaypress.tv,