Azərbaycandan Ukraynaya pul köçürmələri 2 dəfədən çox azaldı
İqtisadiyyat
14.07.2025 11:01
Bu ilin birinci rübündə Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,128 milyon ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress TV-yə Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,267 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır.
2024-cü ilin birinci rübündə Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,395 milyon ABŞ dolları təşkil etmişdi.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Ukraynanın payı 1% olub.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.
tag: Azərbaycan,Ukrayna,Pul,Köçürmə,Todaypress.tv,
 
        
 
                                ![Son [[4 ayda 577 ölçmə vasitəsinin tipi]] təsdiqlənib](/uploads/news/683825733c454.webp) 
                                            ![Dünya fond bazarlarının [[əsas indeks göstəriciləri]] açıqlandı](/uploads/news/6847c2cbeef0b.webp) 
                                            ![“Startap” şəhadətnaməsi almış [[sahibkarların sayı]] 220-yə çatdı](/uploads/news/6891c65c42f37.webp) 
                                            ![Qızıl və gümüş [[ucuzlaşdı]]](/uploads/news/683e87a2595d8.webp) 
                                            ![Kriptovalyuta sektorunun [[bazar dəyəri]] açıqlandı](/uploads/news/687b6b2170b34.webp) 
                                            ![Avro bahalaşdı, [[rubl ucuzlaşdı]]](/uploads/news/687dcc3934085.webp) 
                                            ![[[Azərbaycan və Uruqvay]] bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir](/uploads/news/68be91b335095.webp) 
                                            ![Avro və rubl dəyər [[itirdi]]](/uploads/news/68d63b424c9f1.webp) 
                                            ![[[Maye qazların istehsalı]] 6%-ə yaxın azaldı](/uploads/news/6828660c90db0.webp) 
                                            ![Azərbaycanın [[strateji valyuta ehtiyatları]] 73 milyard dolları ötdü](/uploads/news/6853c7279fa5c.webp) 
                                            