Azərbaycan və OECD əməkdaşlıq perspektivlərini nəzərdən keçirdi
İqtisadiyyat
29.10.2025 16:49
Azərbaycanla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirilib.
TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata əsasən, müzakirələr M.Cabbarovla OECD-nin Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşdə aparılıb.
"Azərbaycanın Təşkilatın Avrasiya Rəqabətqabiliyyətlilik Proqramındakı rolunun gücləndirilməsi üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barədə müzakirələrimiz olub. Avrasiya ölkələri ilə OECD arasında əlaqələri gücləndirmək regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir", - M.Cabbarov qeyd edib.
tag: Azərbaycan,OECD,Əməkdaşlıq,Müzakirə,Todaypress.tv,
