Azərbaycan və Çinin Cianqsu vilayəti bir sıra sektorlarda birgə fəaliyyəti genişləndirir
İqtisadiyyat
03.06.2025 13:21
Azərbaycan və Çinin Cianqsu vilayəti arasında ticarət, investisiya, "yaşıl enerji", yüksək texnologiyalar, neft-kimya sənayesi, istehsalın lokallaşdırılması, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə birgə fəaliyyət imkanları dəyərləndirilib.
TodayPress TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, bu barədə müzakirələr Çin Xalq Respublikasının Cianqsu əyalətinin vitse-qubernatoru Ma Şıquanın başçılıq etdiyi nümayəndə heyəti ilə aparılıb:
"Azərbaycan və Çin liderləri tərəfindən iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əməkdaşlığın daha da şaxələnməsinə və yeni mərhələyə yüksəlməsinə təkan verəcəyini qeyd etdik".
tag: Azərbaycan,Çin,Vilayət,İqtisadiyyat,Todaypress.tv,