Azərbaycan və Argentina investisiya imkanlarını artırır

İqtisadiyyat

28.08.2025 13:59

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb.

Bu barədə TodayPress TV-yə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə ticari-iqtisadi tərəfdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və qarşılıqlı işbirliyinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Ölkələrimiz arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb. Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

tag: Azərbaycan,Argentina,Görüş,Müzakirə,Todaypress.tv,

photo