Azərbaycan Qətər şirkəti ilə enerji sektorunda əməkdaşlığı nəzərdən keçirir

İqtisadiyyat

06.09.2025 16:45

Azərbaycan Qətərin "Power International Holding" şirkəti ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

M.Cabbarov Qətər-ə səfəri çərçivəsində "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Ramez Al-Xayyat ilə görüşüb.

Nazir bildirib ki, iqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti vurğulanıb: "Şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirdik".

TodayPress TV

tag: Azərbaycan ,Qətər,Power International Holdin,Mikayıl Cabbarov,Todaypress.tv,