Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi artdı

İqtisadiyyat

13.09.2025 14:15

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 2 milyard 621,7 milyon manat​​​​​ vəsait yönəldilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,9 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 2 milyard 554,4 milyon manatı (97,4 %-i) Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub. 

Xatırladaq ki, 8 ayda Azərbaycanda əsas kapitala 11 milyard 374,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 16,6 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 8 % artıb.

TodayPress TV

tag: Azərbaycan,İqtisadiyyat,İnvestisiya,Həcm,Todaypress.tv,