"WhatsApp" istifadəçilərinə yeni funksiya təqdim etdi
İKT
01.09.2025 12:01
"WhatsApp” istifadəçilərə mesajlarını fərqli üslublarda tez bir zamanda yenidən yazmaq imkanı verən “Writing Help” (Yazı köməkçisi) funksiyasını təqdim edir.
TodayPress TV xəbər verir ki, istifadəçilər şəxsi və ya qrup
söhbətində yeni qələm işarəsinə toxunaraq yazı köməkçisini aça bilirlər.
Tətbiq seçilən üsluba uyğun olaraq (peşəkar, gündəlik,
zarafatcıl və s.) yenidən yazım təklifləri yaradır.
Bildirilib ki, funksiya ilkin olaraq deaktiv vəziyyətdə gəlir
və yalnız istəyən istifadəçilər tərəfindən aktivləşdirilir.
Yazı köməkçisi hazırda yalnız ABŞ-də ingilis dili üçün əlçatandır.
Lakin ilin sonuna qədər əlavə dil və bazar dəstəyi veriləcək. O cümlədən funksiya tədricən
milyonlarla istifadəçiyə çatdırılacaq.
Qeyd edək ki, tətbiq yaxın zamanda cavabsız zənglərə qısa səsli
mesaj buraxmağa imkan verən funksiyanı da test etməyə başlayıb.
Aysel Mətləb
tag: WhatsApp,Writing Help,Yenilik,Sosial şəbəkə,Todaypress.tv,