"Tesla"nın ABŞ bazarındakı payı ən aşağı səviyyəyə düşdü

İKT

08.09.2025 18:45

"Tesla"nın ABŞ elektrikli avtomobil bazarındakı payı 2024-cü ilin avqust ayında son səkkiz ilin ən aşağı səviyyəsinə - 38 faizə enib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Cox Automotive" məlumat yayıb.

Bildirilir ki, bu göstərici iyul ayında 42 faiz, iyun ayında isə 48,7 faiz idi.

Mütəxəssislər qeyd edirlər ki, "Tesla"nın bazar payının azalmasına bir səbəb də, alıcıların İlon Maskın məhsul planlamasındakı dəyişikliklərindən narazı qalaraq rəqib brendlərə üz tutmasıdır. "Tesla" ucuz modellərin istehsalını təxirə salıb və əvəzinə robotaksilər, o cümlədən insanabənzər robotlar kimi layihələrə yönəlib.

Halbuki "Tesla"nın əsas gəlir mənbəyi hələ də avtomobil satışlarıdır.

Analitiklər xəbərdarlıq edirlər ki, ABŞ-də elektrikli avtomobil satışları yaxın aylarda vergi güzəştlərinin başa çatması səbəbilə zəifləyə bilər ki, bu da "Tesla" və digər istehsalçılara əlavə maliyyə təzyiqi yarada bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tesla,ABŞ,Bazar,Avtomobil,Todaypress.tv,