“iPhone 18” digər modellərdən fərqlənəcək
İKT
27.10.2025 05:43
“Apple” gələcək “iPhone 18” seriyasında operativ yaddaşı təxminən 50% artırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Bell” nəşri məlumat yayıb.
Hazırda “iPhone 17 Air”, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modelləri 12 GB RAM ilə təchiz olunub ki, bu da əvvəlki nəsildən 4 GB çoxdur. Əsas “iPhone 17” isə hələ də 8 GB RAM-a malik yeganə modeldir.
Yaddaşın artırılması süni intellekt funksiyalarının daha yüksək tələbləri ilə əlaqələndirilir.
Məlumata görə, “Apple” “iPhone 18” seriyasını standartlaşdırmaq və 8 GB yaddaşlı modelləri tamamilə ləğv etmək niyyətindədir. Şirkət artıq “Samsung”dan yalnız 12 və 16 GB-lıq LPDDR5X çiplərinin tədarükünü artırmağı xahiş edib. Bundan başqa, “Apple” mobil yaddaş təminatını genişləndirmək üçün “SK Hynix” və “Micron” şirkətləri ilə də danışıqlar aparır.
tag: Apple,iPhone,Telefon,Yaddaş,Todaypress.tv,
 
        
 
                                !["Azərbaycan Banklar Assosiasiyası"nın [[35 illiyi ilə bağlı poçt markası]] buraxıldı](/uploads/news/685befa891a4e.webp) 
                                            ![İKT sektorunda [[məhsul istehsalı]] 7 %-dən çox artdı](/uploads/news/68c7c7a22246f.webp) 
                                            !["Samsung"un ağıllı saat satışları [[18% azaldı]]](/uploads/news/686bc69450b95.webp) 
                                            ![[[“AirPod”a]] canlı tərcümə olacaq](/uploads/news/68af5335cdd73.webp) 
                                            ![Azərbaycan genişzolaqlı [[internetin orta sürəti]] artdı](/uploads/news/68774fdd12e8a.webp) 
                                            ![Dövlət qurumlarında [[rəqəmsallaşma səviyyəsi üzrə]] illik diaqnostika aparılacaq](/uploads/news/68ff186b65f65.webp) 
                                            ![[[“Radioelektron vasitələrə verilən icazələr”]] sistemi yeniləndi](/uploads/news/6870bf7882acd.webp) 
                                            ![“Apple” “iPhone 18”dən [[imtina edir]]](/uploads/news/68a31a91b9e7e.webp) 
                                            ![[[Xaricdə təqaüdlə təhsil alanların məlumatları]] “mygov”a inteqrasiya olundu](/uploads/news/6899dbd92718d.webp) 
                                            ![Azərbaycan [[“Qlobal İnnovasiya İndeksi”ndə]] mövqeyini bir pillə yaxşılaşdırdı](/uploads/news/68c97f8379cbf.webp) 
                                            