"GTA VI"nın təfərrüatları ortaya çıxdı

İKT

10.06.2025 12:20

"Grand Theft Auto VI" oyununda yüzlərlə funksional ticarət mərkəzi və 700-dən çox mağaza yer alacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə "TechRadar" məlumat yayıb.

Bu obyektlərin hamısı tam işlək vəziyyətdə olacaq və oyunçular onlara daxil olaraq alış-veriş edə biləcəklər.

Oyunda əvvəlki seriyalardan fərqli olaraq daha çox açıq interyer və daxil olunabilən obyekt olacaq. Bu da şəhər həyatını daha canlı və real edəcək.

Bundan əlavə, "GTA V" oyunundan tanınan klassik personaj dəyişdirmə funksiyası da "GTA VI"da yer alacaq. 

Şəhərdəki bir sıra göydələnlərdə işlək liftlər olacaq. Bu isə o deməkdir ki, yalnız küçələr və avtomobillər deyil, yüksək mərtəbəli binalar da qismən interaktiv olacaq. Ofis binaları və biznes mərkəzləri də oyunun bir hissəsinə çevriləcək.

"Rockstar Games" tərəfindən bu məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib. Lakin mövcud sızmalar oyun ictimaiyyətində böyük maraqla qarşılanıb və "GTA VI"nın təqdimatına olan gözləntini daha da artırıb.

Türkan İsgəndərli

tag: GTA,Oyun,Maşın,Rockstar Games,todaypress.tv,