Fransa “Google”u cərimələdi
İKT
04.09.2025 18:45
Fransanın məlumatların qorunması orqanı “Alphabet”i ("Google"un ana şirkəti) 325 milyon avro cərimələyib.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, səbəb "Gmail" istifadəçilərinə razılıq olmadan reklam göstərilməsi və “cookie” fayllarının icazəsiz istifadəsidir.
Fransa Milli İnformatika və Azadlıqlar Komissiyası (CNIL) "Google"a altı ay vaxt verib. Bu müddətdə şirkət istifadəçilərin əvvəlcədən razılığı olmadan "Gmail"də məktublar arasında reklam göstərilməsini dayandırmalıdır. Əks halda "Google" və onun İrlandiyadakı törəmə şirkəti hər gecikmə günü üçün 100 min avro əlavə cərimə ödəyəcək.
"Google" nümayəndəsi açıqlamasında qərarı yenidən nəzərdən keçirdiklərini, həmçinin istifadəçilərin gördükləri reklamı hər zaman idarə edə bildiklərini bildirib.
Qiymət Mahir
tag: Fransa,Alphabet,Google,CNIL,Todaypress.tv,